(+99412) 436 83 52
info@icl.az

Autstaffinq

image

Şirkətimizdə kadr uçotunun aparılması işində böyük təcrübəyə malik olan yüksək ixtisaslı mütəxəssislər çalışır. Autstaffinq dedikdə əməkdaşın sifarişçi şirkətin ştatından kənara çıxarılması və provayder şirkətdə rəsmiləşdirilməsi deməkdir, bu zaman o, öz köhnə yerində işləyir və öz əvvəlki vəzifəsini yerinə yetirir, amma onunla bağlı işəgötürən vəzifəsini artıq provayder şirkət həyata keçirir. Heyətin autstaffinqi şirkətdə baş ofis, qanunvericilik və ya nizamnamə sənədləri  tərəfindən ştat məhdudiyyəti qoyulduğu hallarda xüsusilə faydalıdır. Hal-hazırda bu cür xidmət növünün əsas sifarişçiləri xarici şirkətlərdir, belə ki onlar üçün heyətin autstaffinqi ənənəvi hal almışdır. Bəzən elə hallar olur ki, şirkətin bir və ya iki əməkdaşı üçün ofis və ya filial açmaq sərfəli olmur, buna görə də heyətin autstaffinqi belə hallarda həmin problemin optimal həllidir. Diqqətini öz biznesi üzərində cəmləşdirmək məqsədi ilə şirkətlərin aşağıdakı məsələlər üzrə istəkləri vardır:

    • Ştat cədvəlində əməkdaşların sayını azaltmaq ehtiyacı
    • Əməkdaşlar üzərində birbaşa rəhbərliyi saxlamaqla inzibati və maliyyə yükünü azaltmaq zərurəti
    • Şirkətin üzərindən əməkdaşla bağlı əmək münasibətləri öhdəliklərindən azad olmaq, əmək və vergi müfəttişlikləri ilə münasibətlərdə ixtisaslı vasitəçi əldə etmək istəyi
    • Heyətin idarə edilməsində maksimum çevikliyi təmin etmək və işçi qüvvəsinin real iş həcminə uyğunlaşdırılması istəyi

Biz biznes ehtiyaclarınızı reallaşdırmaq və təşkilatınızın səmərəli və effektiv şəkildə fəaliyyət göstərməsində Sizə dəstək göstərmək üçün xidmətinizdəyik.

Рейтинг@Mail.ru