(+99412) 436 83 52
info@icl.az

Kadr uçotu

service_big1Kadr uçotu istənilən şirkət üçün önəmli istiqamətlərdən biridir, lakin bəzi hallarda işəgötürən iş yükünün ağırlığına görə buna xüsusi diqqət yetirə bilmir. Lakin problemi çox sadə yolla həll etmək olar: sadəcə sənədləşməni Azərbaycan Respublikası qanunvericiliyinin əsas tələblərinə əməl etməklə peşəkarcasına, savadlı şəkildə və bacarıqla aparmaq kifayətdir. Şirkətimizin mütəxəssisləri nə qədər mürəkkəb olmasından asılı olmayaraq sizə kadr uçotu ilə bağlı istənilən problemi həll etməkdə kömək edə bilər. Kadr uçotu kadr kargüzarlığının tam həcmdə, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq aparılması, şirkətimizin işçiləri tərəfindən kadrlar şöbəsinin bütün funksiyalarının yerinə yetirilməsini təmin edir. Aşağıdakı maddələr bizim kadr uçotu xidmətlərimiziəhatə edir:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işçilərlə əmək müqavilələrinin imzalanması və xitam verilməsi
  • İşçilərin işə qəbul olunması və işdən azad edilməsi barədə əmrlərin rəsmiləşdirilməsi
  • İşçilərin vəzifəsinin dəyişdirilməsi ilə bağlı zəruri sənədlərin hazırlanması və əmrlərin rəsmiləşdirilməsi
  • Məzuniyyət, səyahət və s. ilə bağlı əmrlərin rəsmiləşdirilməsi
  • Qarşılıqlı razılıq əsasında əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsi, müqaviləyə əlavə və dəyişikliklərin edilməsi və ya protokolun hazırlanması04
  • Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edərək əmək müqaviləsinə xitam verilməsi
  • İstirahət, qeyri-iş və bayram günlərində görülmüş işlərlə bağlı müvafiq əmrlərin rəsmiləşdirilməsi;
  • İşçilərin sosial sığortası və onların sosial sığorta kartları ilə təmin edilməsi
  • İşçilərin əmək kitabçaları ilə təmin edilməsi
  • Əmək kitabçalarının qeydiyyatdan keçmə üçün hazırlanması
  • İşçilərə arayışların, xasiyyətnamələrin və digər lazımi sənədlərin verilməsi
  • İşçinin ay ərzində iş saatlarını əks etdirən cədvəlin hazırlanması
  • Müəssisənin ştat cədvəlinin hazırlanması
  • İşçilərə xəstəliyə, hamiləliyə və doğuşa görə, xitam verilmələrə, hərbi xidmətə çağırılmaya, uşaq üç yaşına çatana qədər ona qulluq göstərməyə görə birdəfəlik müavinətlərin verilməsi üçün sənədlərin hazırlanması

Рейтинг@Mail.ru